Sevastopolda məktəb eyvanından yıxılan məzunlar xəstəxanadan evə buraxılıblar.
Medicina.az xəbər verir ki, əyalətin Kaça kəndindəki məktəbdə eyvanın uçması nəticəsində xəsarət alan on birinci sinif şagirdləri Sevastopol xəstəxanasından evə buraxılıblar. Sevastopol qubernatoru Mixail Razvojayevin sözlərinə görə, bir yeniyetmə müalicə üçün Moskvada qalır.
Hadisə 20 mayda baş verib. Şagirdlər son zəng çalınmazdan əvvəl xatirə şəkli çəkdirmək üçün ikinci mərtəbənin eyvanına çıxıblar. Plitələr uçub və yeniyetmələr də özü ilə aparıb. Doqquz şagird xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır.
Ağır xəsarət alan iki şagird Moskvaya təyyarə ilə aparılıb. Onlardan biri artıq evə qayıdıb, çünki əməliyyata ehtiyacı yoxdur. İkinci məzun bir neçə əməliyyat keçirib və müalicəsini davam etdirir.
Razvojayev şagirdin özünə gəldiyini və həkimlərin onu sabitləşdirə bildiyini bildirib. Onun xəsarətləri həyati təhlükə yaratmır.
İstintaq Komitəsi səhlənkarlıq və tikinti qaydalarının pozulması ilə bağlı cinayət işləri açıb. Məlum olub ki, məktəb yalnız bir il əvvəl əsaslı təmirdən sonra yenidən açılıb. Nədənsə, inşaatçılar eyvanı möhkəmləndirməyib, yalnız kosmetik təmir işləri görüblər.
Bundan əlavə, uşaqların eyvana çıxmasına icazə verilməməli idi. İstintaq hazırda bütün halları araşdırır.
Aygün Musayeva