Məktəblərin açılması ilə yoluxma daha da artacaq - Xəbərdarlıq

  • 20 İyl 2022 17:25
  • 1275 Baxış
Məktəblərin açılması ilə yoluxma daha da artacaq -  Xəbərdarlıq
Ümumdünya Səhiyyə Təşkilatı payız və qış mövsümündə COVID-19-la bağlı vəziyyətin ağır ola biləcəyini deyib.


Medicina.az xəbər verir ki, ÜST rəsmisi Hans Kluqe bildirib ki, yeni növ koronavirus potensial öldürücü xəstəlik olaraq qalır. Son 6 həftədə 53 ölkədə yoluxma üçqat artıb.


Xəstəxana şəraitində müalicə olunanların sayında ikiqat artım müşahidə olunur. Avropada hər həftə 3000 koronavirus xəstəsi ölür. Kluqe bildirib ki, payızda məktəblərin açılması və insanların qapalı məkanlara daha çox toplaşması yoluxma riskini artıracaq.

Digər tərəfdən, insanların xəstəliyə qarşı diqqətinin azalması Avropada payız və qışın ağır keçəcəyini deməyə əsas verir. Tədbir görmək üçün payızı gözləmək gec ola bilər.