Şirvanda toyda 10 nəfər zəhərləndi - VİDEO

  • 2019.07.20 09:16
  • 3798 Baxış
Şirvanda toyda 10 nəfər zəhərləndi - VİDEO
Şirvan şəhərində yerləşən "Yeganə" şadlıq sarayında kütləvi zəhərlənmə olub. medicina.az qafqazinfo-ya istinadən xəbər verir ki, zəhərlənməyə toy zamanı istifadə edilən pirotexniki vasitə səbəb olub. Nəticədə 10-dan çox şəxsin zəhərləndiyi bildirilir. Onlar dərhal xəstəxanaya çatdırılıblar. Hazırda Şirvan rayon Polis İdarəsinin əməkdaşları hadisə yerindədir. Sözügedən restorana təcili tibbi yardım maşınları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.