Yuxudan erkən oyanmaq üçün nə etmək lazımdır? - məsləhətlər

  • 2019.06.21 09:27
  • 9278 Baxış
Yuxudan erkən oyanmaq üçün nə etmək lazımdır?  - məsləhətlər
Avstraliya və İngiltərə alimləri müəyyən ediblər ki, "bayquşlar" bir neçə sadə addımla öz sirkad ritmlərini - bədənlərinin bioloji saatlarını dəyişib sağlamlıqlarını və ovqatlarını yaxşılaşdıra bilərlər. Onlar gecə 12-dən sonra yuxuya gedib səhərlər gec oyanan insanların - "bayquşların" həyat tərzini araşdırıblar. Məlum olub ki, hər gün eyni vaxtda yatmaq, kofeindən imtina etmək və səhərlər günəş şüası qəbul etməklə sirkad ritmini dəyişmək mümkündür. Araşdırmaçılar deyirlər ki, bunlar adi şeylər kimi görünə bilər, amma əməl edilərsə, çox sayda insana fayda verə bilər.


Medicina.az xəbər verir ki, insan orqanizminin bioloji saatı günəşin çıxmasına və batmasına uyğun qurulub, bizim gecələr yatmağımız bununla bağlıdır.
Amma bəzi adamlarda bu saat sanki geri qalır. Həyat ritminə görə "torağay"deyilənlər, adətən, tezdən oyanır, axşamlarsa çox yuxulu olurlar. "Bayquşlarda" bunun əksidir - onlar gec yatmağı xoşlayırlar və səhərlər yuxudan ayılmağa çətinlik çəkirlər. Ona görə də belə müasir həyatın tempinə uyğunlaşamağa çətinlik çəkirlər - axı, iş rejimi səhər saat 9-dan 5-ə kimidir. Bu o deməkdir ki, "bayquşlar" orqanizmləri oyanmağa hazır olandan çox-çox əvvəl yerlərindən qalxırlar. Çoxsaylı araşdırmaların nəticələri göstərir ki, bu, onların sağlamlığına təsir edi Alimlər hər gecə 2:30-da yatıb səhər 10-dan tez oyanmayan 21 ekstremal "bayquşun" həyat tərzini araşdırıblar.

 

Onlardan aşağıdakılara əməl etmək xahiş olunub:

    - Həmişəkindən 2-3 saat tez oyanmaq və səhərlər açıq havada

    - günəş altında mümkün qədər çox vaxt keçirmək
    - Səhər yeməyini mümkün qədər tez yemək     - Yalnız səhərlər fiziki hərəkətlər etmək     - Hər gün eyni vaxtda nahar etmək və 19:00-dan sonra heç nə yeməmək     - 15:00-dan sonra kofein qəbul etməmək     - Həmişəkindən 2-3 saat tez yatağa uzanmaq və axşamlar işıqlandırmanı azaltmaq     - Hər gün eyni vaxtda yatıb eyni vaxtda oyanmaq
 

 

İşıq bioloji saatın "qurulmasına" təsir edir, ona görə də araşdırmaçılar məsləhət görürlər ki, "bayquşlar" axşamlar süni işıq mənbələrini azaltsınlar.
Mütəmadi yuxu rejimi də önəmli faktordur. Uzun müddət müxtəlif vaxtlarda yatıb-durmaq bioloji saatın ritmini pozur. Araşdırmanın nəticələri məntiqli görünə bilər, amma alimlər ömrü boyu gec yatan adamların yeni rejimə necə reaksiya verəcəklərini bilmirdilər. Eksperiment müəllifləri deyirlər ki, xüsusi tədbirlərə əl atmadan əhalinin böyük qisminə yardım etməyin mümkün olduğunu anlamaq vacibdir.
Yuxudan erkən oyanmaq üçün nə etmək lazımdır?  - məsləhətlər
Yuxudan erkən oyanmaq üçün nə etmək lazımdır?  - məsləhətlər
Yuxudan erkən oyanmaq üçün nə etmək lazımdır?  - məsləhətlər