Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi - Ağır vəziyyətdə...

  • 2025.08.14 12:52
  • 184 Baxış
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi -  Ağır vəziyyətdə...

Tanınmış şair Məmməd İsmayıl ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bu barədə “Qafqazinfo”ya M.İsmayılın qızı İntizar İsmayıl məlumat verib.

Onun sözlərinə görə, şair dünən axşam saatlarına kimi reanimasiya şöbəsində saxlanılıb:

“Hazırda atamın vəziyyəti stabildir, indi palataya köçürülüb. Əvvəlki günlərlə müqayisədə vəziyyəti yaxşıdır. Nitqi bir az bərpa edilib. Nə yaxşı demək olar, nə də pis. Həkimlər bu gün üçün vəziyyətini stabil qiymətləndirirlər. Yalnız dua edirik”.

Qeyd edək ki, 85 yaşlı Məmməd İsmayıl ürək çatışmazlığı və yanaşı xəstəliklərdən əziyyət çəkir.