Psixi sağlamlıq son illərdə dünya üzrə ən çox müzakirə olunan mövzulardandır. Bir çox insan emosional gərginlik, narahatlıq və ya stress yaşadıqda özünə sual verir:
“Mən psixi xəstəyəm, yoxsa sadəcə yorulmuşam?”
Hamı belədir, yoxsa mənim başım qaçır?
Psixi Sağlamlıq Nədir, psixi sağlam insan necə olur?
Medicina.az xəbər verir ki, World Health Organization (ÜST) psixi sağlamlığı belə təsvir edir:
“İnsanın öz potensialını dərk etdiyi, gündəlik stresslərlə mübarizə apara bildiyi, məhsuldar işlədiyi və cəmiyyətə töhfə verdiyi vəziyyət normal psixi sağlamlıqdır”
Normal sağlam insanın davranışları:
Emosiyaları idarə edə bilmək
Reallığı adekvat qiymətləndirmək
Sosial münasibət qura bilmək
Stressdən sonra bərpa ola bilmək deməkdir
Sağlam insan da kədərlənir, əsəbləşir, qorxur. Bu normal emosional reaksiyalardır.
Psixi Pozuntu Nədir?
Psixi pozuntu emosional, düşüncə və ya davranış dəyişikliklərinin:
Uzunmüddətli olması
Gündəlik həyatı pozması
İş və sosial funksiyanı zəiflətməsi ilə xarakterizə olunur.
Məsələn:
2–3 gün kədər normaldır.
Amma 2 ay davam edən ümidsizlik və həyat marağının itməsi artıq klinik qiymətləndirmə tələb edə bilər.
Ən Çox Rast Gəlinən Psixi Pozuntular
1. Major depressive disorder
Əlamətlər:
Davamlı kədər
Enerji azalması
Yuxu və iştah dəyişiklikləri
Marağın itməsi
2. Anxiety disorder
Əlamətlər:
Həddindən artıq narahatlıq
Ürək döyüntüsü
Gərginlik
Yuxu pozuntusu
3. Bipolar disorder
Əhvalın həddindən artıq yüksəlməsi və düşməsi epizodları ilə xarakterizə olunur.
“Psix” sözü xalq arasında işlənir, tibbdə belə diaqnoz yoxdur.
Psixi xəstəliklər də digər tibbi xəstəliklər kimi neyrobioloji, genetik və psixososial faktorlarla bağlıdır.
Məsələn, hipertoniya necə təzyiq sisteminin pozuntusudursa, depressiya da beyin kimyasının və psixoloji mexanizmlərin pozuntusudur.
Hər emosional çətinlik psixi xəstəlik deyil. Eyni zamanda psixi pozuntular zəiflik əlaməti deyil və müalicə oluna bilən tibbi vəziyyətlərdir.
Aygün Musayeva