"Məni Allahım yaşadır" - Xərçənglə mübarizə aparan Toppuş bacı

  • 2022.02.18 16:06
  • 2255 Baxış
"Məni Allahım yaşadır" -  Xərçənglə mübarizə aparan Toppuş bacı
"Xəstəlik qoymadı yaxşı qalam, üzümdə qırışlar yarandı. 1973-cü il təvəllüdlüyəm. Rəbbimdən heç bir istəyim yoxdur. Bir balaca möhlət istəyirəm".

Medicina.az xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyeva "Xəbər-ətər" proqramında deyib. Xərçəngdən əziyyət çəkən aktrisa övladından danışıb:


"Allah nə veribsə, şükür etmişəm. Bircə sağlam möhlət istəyirəm ki, körpəmi böyüdüm. Həyat yoldaşıma deyirəm ki, görəsən məni sevməyən var? O da deyir ki, təbii ki, istəməyənlər var. Zamanında Allahı sevməyən varsa, məni də sevməyənlər var. Sevənlərlə yaşayıram. Məni tamaşaçı duası, həkimlərin peşəkar baxışı və Allahım yaşadır". /axsam.az/