Menopauzanın 3 mərhələsi: Qadınların bilməli olduğu əsas məqamlar

  • 2026.08.24 17:09
  • 113 Baxış
Menopauzanın 3 mərhələsi: Qadınların bilməli olduğu əsas məqamlar

Mütəxəssislər menopauzanın yalnız aybaşının dayanmasından ibarət olmadığını bildirirlər. Bu proses 3 əsas mərhələdən keçir: perimenopauza, menopauza və postmenopauza.

Medicina.az xəbər verir ki, perimenopauza adətən menopauzadan 2–4 il əvvəl başlayır. Bu dövrdə aybaşı nizamsızlaşır, isti basmalar, gecə tərləmələri, yuxu problemləri və əhval dəyişiklikləri yarana bilər. Ovulyasiya davam etdiyi üçün hamiləlik ehtimalı da qalır.

Menopauza isə 12 ay ardıcıl aybaşı olmadıqdan sonra təsdiqlənir. Bundan sonrakı dövr postmenopauza adlanır.

Xanım,
Medicina.az