Mənzurə həkimdən şikayətini geri götürdü - "Səbirsizlik etmişəm"

  • 2025.11.26 21:31
  • 38 Baxış
Mənzurə həkimdən şikayətini geri götürdü -  "Səbirsizlik etmişəm"

Müğənni Mənzurə Musayeva "Funda Hospital"da çalışan plastik-cərrah Məhəmməd Poluxovla bağlı bütün şikayətlərini geri götürüb.

Medicina.az xəbər verir ki, sənətçi bununla bağlı İnstaqram hesabında paylaşım edib.

"Əməliyyatdan sorna ilkin dönəmlərdə nəticə məni qane etmədiyinə görə, bir az da ətrafdakı insanların fikri təsir etdiyindən məndə fikir yaranmışdı ki, istədiyim nəticə deyil. Səbirsizlik etmiş olsam da, həkimimlə görüşüb nəticəni diqqətlə nəzərdən keçirdik. Son günlər nəticənin getdikcə yaxşı olduğunu hiss edirəm. Həmin dövrdə müəyyən narahatlılqarım olmuşdu, düşünmüşdüm ki, yaxşı olmayacaq. Efirdə həkimlə bağlı tələsik fikirlər səsləndirdim. Həkimim tanınmış və peşəkar həkimdir. Səbirsizliyimə bağlı çıxışlarım oldu. Hazırda heç bir narazılığım yoxdur", - deyə Musayeva bildirib.