Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mənzurə Musayeva cərrahdan pulunu istəyir- 7000 manatımı versin

  • 2025.06.02 17:14
  • 583 Baxış
Mənzurə Musayeva cərrahdan pulunu istəyir - 7000 manatımı versin


Müğənni Mənzurə Musayeva "Funda Hospital"da çalışan plastik-cərrah Məhəmməd Poluxovdan hələ də pulunu ala bilmir.

"Medicina" xəbər verir ki, "İncə səhər" proqramında hələ məhkəməyə getmədiyini deyib.


"Məni Məhəmməd Poluxov bu günə salıb. Əməliyyatdan sonra özümü tanıya bilmirəm. Gedib deyirəm ki, pulumu qaytar, qaytarmır. Deyir, əməliyyatı etmişəm, daha nə pul? Pis günə salıb məni.

Heç zaman buxağım olmayıb. Əməliyyatdan sonra buxaq çıxardıb mənə. Pulu tələb edirəm, deyir, gəl, yenidən əməliyyat edim. Yeddi minə yaxın pul vermişəm. Köməkçisi ilə əlaqə saxlayıram. İndi gedirəm mərkəzin direktoru ilə görüşüm. Pulumu qaytarmasalar, hüquq mühafizə orqanlarına rəsmi müraciət edəcəm".

medicina.az