Merdən həyəcan təbili

  • 2020.04.06 13:03
  • 1823 Baxış
Merdən həyəcan təbili
Nyu-York meri Bill de Blazio şəhərdə yoluxma faktlarının sürətlə artması fonunda süni tənəffüs aparatlarının kifayət sayda olmadığı barədə həyəcan siqnalı verib.

Bu barədə o, rəsmi tvitter hesabında açıqlama yayıb: “Kömək edə biləcək hər kəsə səslənirik, xahiş edirik, sizə ehtiyacımız var. Tibbi avadanlıqlara və könüllü tibb işçilərinə, bu böhrandan çıxmaq üçün çoxlu sayda dəstəyə ehtiyacımız var”.



Hazırda xəstəxanalarda 150-yə yaxın süni tənəffüs aparatlarının olduğu və bu sayın ən yaxşı halda 3 gün müddətinə kifayət edəcəyi bildirilib. Lazım olan aparat sayının isə 100 dəfə çox olduğu qeyd olunub.

Qeyd edək ki, Nyu-York ştatı koronavirusa yoluxanların sayına görə ABŞ-da birinci yerdə qərarlaşıb. Ştat üzrə 123,018 insan koronavirusa yoluxub, 4,159 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.