Mərkəzi klinikada hindistanlı əməliyyat zamanı öldü

  • 2023.08.02 15:43
  • 925 Baxış
Mərkəzi klinikada hindistanlı əməliyyat zamanı öldü

Azərbaycanda əməliyyat masasında ölən əcnəbinin kimliyi bilindi.

"Medicina" xəbər verir ki, Mərkəzi Klinikada böyrək əməliyyatı zamanı dünyasını dəyişən şəxs Hindistan vətəndaşı, 1959-cu il təvəllüdlü İşvar Lal Soni olub. O, iş adamı olub və 20 ildir Azərbaycanda yaşayırmış.


İşvar Lal Soni böyrəyindəki problemlərlə əlaqədar əməliyyata girib.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. /lent.az/