Məşhur aktrisa xərçəngə qalib gəldi

  • 2022.12.10 16:52
  • 6529 Baxış
Məşhur aktrisa xərçəngə qalib gəldi

"Emili Parisdə" serialının aktrisası Eşli Pak "Shape" jurnalına müsahibəsində xərçəngə qalib gəlməsindən danışıb.

"Medicina" xəbər verir ki, aktrisa 15 yaşında ona qan və sümük iliyi xərçəngi növü olan kəskin miyeloid leykemiya diaqnozu qoyulduğunu açıqlayıb. O, bir il xəstəxanada yatıb, kimyaterapiya alıb.

"İnsanlar məndən o qədər narahat idilər ki, mən daima yaxşıyam, narahat olmayın deyirdim. Yaxşı olacağam deyirdim".


Aktrisa xəstəliyə qalib gəlməsi haqda "Xərçəng bədənimi tərk etdikdən sonra mən özümə vacib bir vəzifə qoydum: onun geri qayıtmasına və yenidən həyatımı məhv etməsinə imkan verməyəcəyəm. Gəncliyimdə yaşadıqlarıma görə məndə ciddi qan azlığı var. Buna görə də zaman-zaman yaxşı yeməklər yeyirəm" sözlərini əlavə edib. /axsam.az/