Məşhur aktrisa xəstəxanaya yerləşdirildi

  • 2025.10.17 13:26
  • 204 Baxış
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi


Məşhur fransalı aktrisa Bricit Bardo xəstəxanaya yerləşdirilib.

Medicina.az xəbər verir ki, 91 yaşlı aktrisa üç həftə əvvəl Fransanın cənubundakı Tulon xəstəxanasına yerləşdirilib. O vaxtdan bəri aktrisa müalicə alıb, həm də əməliyyat olunub.


Bardo 28 sentyabr 1934-cü ildə Parisdə anadan olub. 38 yaşında sona çatan kino karyerası ərzində 48 filmdə rol alıb.

Bunlara Lui Mallenin rejissoru olduğu “Şəxsi həyat” və Jan-Lyuk Qodarın “Niffət” daxildir. Onun filmləri həmişə həm Fransada, həm də xaricdə böyük auditoriyanı cəlb edib. Karyerasını bitirdikdən sonra heyvan hüquqları ilə məşğul olub.

MEDİCİNA.AZ