Məşhur aparıcının 8 qabırğası sındı

  • 2023.01.31 16:50
  • 1665 Baxış
Məşhur aparıcının 8 qabırğası sındı

Məşhur təbiət verilişi aparıcısı, bioloq Nikolay Drozdov küçədə yıxılaraq, 8 qabırğasını sındırıb.

“Bakupost” xəbər verir ki, işdən qayıdarkən travma alan aparıcı xəstəxanaya qaldırılıb.

Onun dostu bildirib ki, bu həftə Drozdovun ağrıları onsuz da çox idi, o hər gün 2 dəfə ağrıkəsici vurdururdu ki, işə gedə bilsin.

Maşından çıxarkən buzda sürüşən Drozdovun qabırğalarının sındığından xəbəri olmayıb.
Onun tənəffüsündə də problem yarandığından aparata qoşulub.

85 yaşlı Drozdov artıq palataya köçürülüb və 1 həftə sonra evə yazılacaq.
Bu yaşda yıxılarkən sınıqların olması çox görülür.

2019-cu ildə o, ilk dəfə qabırğa sınması ilə xəstəxanaya düşmüşdü.
Drozdov Sovet dövründən “Heyvanlar aləmində” verilişi ilə tanınıb.


Aygün Musayeva