Aparıcı Lətafət Ələkbərovanın qızı Rəna xəstəxanaya düşüb.
Medicina.az xəbər verir ki, bu barədə aparıcı özü məlumat verib.
Belə ki, gözündən zədələnən Rəna əməliyyat olunub.
Lətafət hazırda övladının yaxşı olduğunu bildirib:
"Əllərim bumbuz, ürəyim çırpınmaqdan çıxır. Həyatımın ən böyük imtahanını verdim. Sənə sonsuz şükürlər olsun Allahım, bizi heç vaxt darda qoymadığın üçün. O dünyanı görüb qayıtdım. Həkimlər qızımın baxışlarını geri qaytardılar".