Məşhur idmançıların qələbədən öncə -- içdiyi İÇKİ

  • 2023.05.22 21:31
  • 3803 Baxış
Məşhur idmançıların qələbədən öncə  -- içdiyi İÇKİ
Olimpiya oyunlarında Almaniyaya qızıl medallar qazandıran komanda üzvlərinin məşq və yarışlar zamanı bir şüşə alkoqolsuz pivə içdiklərini çox adam bilmir.

Əksər insanlar alkoqolsuz pivəni adi pivənin əvəzedicisi kimi bilsələr də, bu pivəni idman içkiləri əvəzinə içmək mümkündür.


“Medicina” xəbər verir ki, Almaniya Olimpiya komandasının biatlonçusu Simon Şhempp məşq edərkən, bir şüşə alkoqolsuz pivə içdiyini etiraf edib. O, demək olar ki, dünyada ən çox pivə içən idmançılardan biridir.


15 kilometrlik kütləvi start yarışında gümüş medal qazanan Şhempp deyir: "Pivə məşqdən və ya yarışdan sonra həqiqətən yaxşı içkidir".




Pivə və ya Gatorade?

Fərqi yoxdur. Almaniya Olimpiya xizək komandasının həkimi Johannes Scherr bütün idmançılarının məşq zamanı alkoqolsuz pivə içdiyini söyləyib.



Alman idmançılar Almaniyanın ən çox qızıl medala sahib olduğu Pxen Oyunlarında yarışlar zamanı alman pivəsindən həzz alıblar.


Krombacher pivə zavodu isə Atletlər kəndinə 3500 litr (təxminən 1000 qallon) alkoqolsuz pivə çatdırıb.

Alman pivə şirkətləri 1973-cü ildə Şərqi Almaniyada istehsala başladıqdan sonra alkoqolsuz pivəni "sürücülərin pivəsi" adı altında təqdimata bazara çıxarıblar. Yəni onu içib sükan arxasına keçmək olar.


10 il Münhen Texniki Universitetində idman təbabətindən də dərs deyən Scherr, pivə istehsalçılarının təriflədiyi alkoqolsuz pivənin faydalılığının elmi sübutunu tapmaq qərarına gəlib.

O, pivə istehsalı şirkəti tərəfindən maliyyələşdirilən araşdırmada idmançılara Marafonda yarışdan üç həftə əvvəl və iki həftə sonra hər gün alkoqolsuz pivə verib. Bu qaçışçılar yarışdan sonra digər iştirakçılardan əhəmiyyətli dərəcədə daha az iltihab və yuxarı tənəffüs yolu infeksiyası keçiriblər.

Alkoqolsuz pivə idmançılara yorucu məşqlərdən daha tez özünü bərpa etməyə kömək etdiyi üçün bu, onlara daha çox məşq etməyə imkan verə bilər. Scherr alkoqolsuz pivənin faydalı təsirini onun tərkibindəki polifenolların yüksək konsentrasiyası ilə izah edib.

Alman Pivəçilər Assosiasiyasının baş icraçı direktoru Holger Eichele isə deyib: "Bundan sonra, həqiqətən də sübut etdik: Alkoqolsuz pivə faydalıdır”.

Münhenli dağ xizəkçisi Linus Ştrasser, kişilər arasında ikinci qaçışını bitirdikdən sonra vurğulayıb: "Spirtsiz buğda pivəsi son dərəcə sağlamdır. İzotonikdir. Ona görə də biz idmançılar üçün faydalıdır”.

Bir çox pivə zavodları alkoqolsuz pivələrini açıq şəkildə idman içkiləri kimi satırlar. Məsələn, Bavariya pivə zavodu Erdinger, alkoqolsuz buğda pivəsini "idmançılar üçün izotonik susuzluq yatırıcı" adlandırır və onu "100% Performans" şüarı ilə reklam edir.

Ən böyük Alman marafonlarında finiş xəttində qaçışçılar üçün spirtsiz pivə mövcuddur. Erdinger keçən il Berlin marafonunda 30 min şüşə içki paylayıb.

Alkoqolsuz pivə bir çox idman içkiləri ilə müqayisədə daha az şəkərə malikdir və almanlar 2016-cı ildə idman içkilərindən üç dəfə çox alkoqolsuz pivə içiblər.

Alman sürət konkiseri Moritz Geisreiter, dietoloq tərəfindən hazırlanmış xüsusi idman içkisinə keçməzdən əvvəl ərzaq mağazasından alkoqolsuz pivə alıb içdiyini söyləyib.

Scherr adətən alman olimpiyaçılarına məşqdən sonra alkoqolsuz pivə içməyi tövsiyə edir.

Euromonitor International-ın məlumatına görə, 2011-ci ildən 2016-cı ilə qədər Almaniyanın alkoqolsuz pivə istehlakı 43 faiz artıb, ümumi pivə istehlakı azalıb. Yeni pivə bişirmə üsulları ləzzəti şaxələndirməyə və yaxşılaşdırmağa kömək edir.



Aygün Musayeva