Məşhur idmançını zəhərləyiblər? - Su əvəzinə naşatır spirti içdi

  • 2024.03.12 19:09
  • 435 Baxış
Məşhur idmançını zəhərləyiblər? -  Su əvəzinə naşatır spirti içdi
Rusiyalı, məşhur hokkeyçi matç zamanı naşatır spirti içib.

Medicina.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Moskvada “Yantar” buz sarayında, “Əmək ehtiyatları” hokkey liqasının oyunu zamanı baş verib.

“Wolta” hokkey klubunun oyunçusu, 40 yaşlı Valeri Zotov ikinci hissənin ortalarında butulkadan su içərkən onun dili, damağı və mədəsi yanıb. Butulkanın içərisində kimyəvi maye olduğu anlaşılıb.

Valeri təcili yardımla xəstəxanaya aparılıb. Ona ikinci dərəcəli kimyəvi yanıq diaqnozu qoyulub. Hazırda onun vəziyyəti yaxşıdır.

Kimyəvi maddənin idmançının su şüşəsinə necə düşdüyü bilinmir. Valeri naşatır spirtinin şüşəyə onu zəhərləmək məqsədilə xüsusi olaraq töküldüyündən şübhələnir.

Artıq baş verənlər barədə polisə məlumat verilib.


Aysel