Məşhur klinikada bir neçə həkimin tibb təhsili yox imiş- Yoxlama

  • 2026.03.17 16:46
  • 104 Baxış
Məşhur klinikada bir neçə həkimin  tibb təhsili yox imiş - Yoxlama


Səhiyyə Nazirliyi tərəfindən Bakının Binəqədi rayonunda fəaliyyət göstərən "Vertebra" klinikasında yoxlama keçirilib.

Medicina.az "Teleqraf"a istinadla xəbər verir ki, keçirilən yoxlama zamanı sertifikatsız, orta ixtisas tibb təhsili olmadan "fizioterapevt" üzrə masaj proseduralarının həyata keçirilməsi aşkar edilib.

Həmin fəaliyyət Səadət Nəsibova, Urqaya Rzayeva və Pəri Nərimanova tərəfindən həyata keçirilib.

Nəticədə nazirlik tərəfindən klinika barədə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi üzrə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, "Vertebra" klinikası 6 000 manat cərimələnib.

Qeyd edək ki, "Vertebra" Onurğa Tibb Mərkəzinin baş həkimi İradə Hacıyevadır. Holdinqin rəhbəri isə İlqar Əliyevdir.

MEDİCİNA.AZ