Məşhur LOR həkim beynəlxalq birliyin vitse-prezidenti seçildi - FOTO

  • 2025.06.30 13:23
  • 678 Baxış
Məşhur LOR həkim beynəlxalq birliyin vitse-prezidenti seçildi -  FOTO

Məşhur qulaq-burun-boğaz və səs həkimi Dr. Ramil Həşimli "Mərkəzi və Qərbi Asiya Qulaq, Burun, Boğaz və Baş boyun cərrahiyyəsi birliyi"nin (CWASOS) vitse-prezidenti seçilib.

Medicina.az xəbər verir ki, bu barədə Ramil Həşimli bildirib.

"CWASOS ümumi yığıncağında Vitse-Prezident kimi idarə heyətinə seçilməklə, qardaş ölkələrimizdə ixtisasımızın inkişafı üçün boynuma çox böyük bir yük qoyuldu, deyə bilərəm. Allah utandırmasın!"

Qeyd edək ki, CWASOS-un 4-cü konqresi Bişkekdə keçirilib.