Türkiyəli məşhur müğənni İşın Karaca 72 kilo arıqlayıb. Yeni şəkillərini paylaşdıqdan sonra izləyiciləri onu şərhlərlə doldurub.
Medicina.az xəbər verir ko, mədə əməliyyatı və pəhriz vasitəsilə özünü dəyişdirən məşhur müğənni İşın Karaca xeyli çəki atıb.
Karaca bir sıra şəkilləri paylaşaraq "Bu, mənim 36 ölçü qələbəmdir" deyərək yazıb.
Karacanın yeni görünüşü sosial mediada çoxlu şərhlər alıb.
O, bildirib ki, balıq yağı və maqnezium əlavələri qəbul edir:
"Hər şey mütəxəssis nəzarəti altındadır. Sibel Canla yanaşı, mən də bu ölkədə ən çox çəki alan və itirən qadınlardan biriyəm. Amma sonda başa düşdüm ki, bu, özünü tanımaqla bağlıdır. Gündə bir dəfə yeyirəm. Bədən dincəlir. Bir saat yeyirsən və sonra qalan vaxtlarda yemirsən. Tutaq ki, çox acam, dişlərimi fırçalayıram və bu, dayanır. Bunlar daxilən etdiyim şeylərdir. Acanda qalxıb ayran, kefir və ya su içirəm".
Aygün
Medicina.az