Məşhur müğənni pnevmoniya oldu

  • 2023.05.15 17:09
  • 1521 Baxış
Məşhur müğənni pnevmoniya oldu

Enrike İqlesias pnevmoniya olub.

O, virus və ya bakterial infeksiyadan əziyyət çəkir.

"Medicina" xəbər verir ki, bu səbəbdən turne konserlərini ləğv edib.

“Bu axşam Meksikadakı çıxışımı ləğv etmək məcburiyyətində qaldıq. Mənə pnevmoniya diaqnozu qoyuldu, həkimlər tam istirahət etməyimi təkid edirlər, mənə uçuşları qadağan etdilər. Mənim üçün böyük əhəmiyyət kəsb edən bir ölkədə çıxışlarımı ləğv etdiyim üçün olduqca təəssüflənirəm. Sizdən üzr istəyirəm" - deyə o açıqlayıb.


Aygün Musayeva