Türkiyəli sənətçi Nazan Öncel səhhətində yaranan problemə görə təcili xəstəxanaya yerləşdirilib.
"Medicina" xəbər verir ki, onun ürəyinə stent taxıldı.
"Hər şey ürək döyüntüsü ilə başladı. Angioqrafiyadan sonra isə iki stent yerləşdirildi. Yaxşıyam deyək ki, yaxşı olaq. Zəng edən, yazan, halımı soruşan və qəlbdən salamlayan hər kəsə təşəkkür edirəm."
medicina.az