Məşhur müğənni yadplanetlilərlə əlaqə qurduğunu deyir

  • 2024.04.04 14:52
  • 560 Baxış
Məşhur müğənni yadplanetlilərlə    əlaqə qurduğunu deyir

Məşhur müğənni Robbi Uilyams yeni mahnısı ilə yadplanetlilərin diqqətini çəkməsi barədə danışıb.

"Medicina" xəbər verir ki, o evinin eyvanında səmada uçan kosmik gəmi görüb.


“Eyvanda dayanıb Arizona mahnını oxuyurdum və birdən səmada böyük qızılı işıq topu əmələ gəldi. Düşündüm ki, bu, Venera və ya Marsdır, yaxud da buna bənzər bir şeydir. Lakin mahnı oxumağı dayandırdıqdan sonra o, yoxa çıxdı. Bu yadplanetlilərin mənimlə təmasa girmək üçün ilk cəhdi deyil".


Uilyamsın fikrincə, yadplanetlilər ondan başqa planetlərdə həyat haqqında danışmaq üçün istifadə etmək istəyirlər.

Aygün Musayeva