ABŞ-da tanınmış neyrocərrah koronavirusdan vəfat edib.
Dünyada tanınmış pediatr neyrocərrah Ceyms Qudriç koronavirusun ağırlaşması səbəbindən həyatını itirib.
O, birləşik əkizləri ayırmaq üçün tibb elminə xüsusi metod gətirib. Belə ki, C. Qurdiç 2016-cı ildə başlarından birləşik Siyam əkizlərinin 27 saatlıq əməliyyatında 40 həkimdən ibarət qrupa rəhbərlik edib.
30 il Nyu-York xəstəxanasında pediatrik neyrocərrahiyyənin direktoru, həm də Albert Eynşteyn Tibb Kollecində professor vəzifəsində çalışmış neyrocərrah dünyanın müxtəlif ölkələrindəki tibb araşdırma mərkəzlərində mühazirələr verib. (APA)