Məşhur britaniyalı müğənni və bəstəkar Cessi Ceydə sinə xərçəngi diaqnoz olunub.
"Medicina" xəbər verir ki, 37 yaşlı sənətçi özü bu barədə açıqlama verib.
Şişin erkən mərhələdə aşkar edildiyini və iyunun 15-də Londonda keçiriləcək festivalda çıxışının təxirə salınmayacağını bildirib.
Cessi Cey festivaldan sonra əməliyyat olunacaq.
Medicina.az