Məşhur restoran şəbəkəsi Hepatit A virusu yaydığına görə bağlanıb – İşçilər peyvəndlənməyib

  • 2018.11.21 17:21
  • 12992 Baxış
Məşhur restoran şəbəkəsi Hepatit A virusu yaydığına görə bağlanıb –  İşçilər peyvəndlənməyib




Moskvada Rospotrebnadzor idarəsi məşhur amerikan restoran seti Starlite Dineri epidemioloji araşdırma səbəbindən bağlayıb.




Medicina.az xəbər verir ki, restoranda 8 hepatit A yoluxması qeydə alınıb. Belə ki, həm işçilər, həm müştərilər arasında virusun yayılması faktı aşkarlandıqdan sonra restoranlarda xidmət dayandırılıb və yoxlama başlanılıb. 




Rospotrebnadzor Starlite Dinerdə aşağıdakı pozuntuları aşkarlayıb:




-Personalın 80% -nin dizenteriya və hepatit A peyvəndi olunmayıb – bu halda işçilər 

-Göyərti, tərəvəzlərin təmizlənməsi qaydaları və salatların hazırlanması şəraiti yoxdur

-Soyuducularda ət, balıq ilə tərəvəz, göyərti bir saxlanılır




-Salat, desert və isti yeməklərin hazırlanması eyni yerdə aparılır

-Bakterisid lampalar yoxdur – məhz bu səbəb Hepatit A virusu ocağının alışmasına səbəb olub

-Hazır yeməklər zala çirkli qabların geri qaytarıldığı eyni qapıdan aparılır




-Divar və döşəmənin standartlara uyğun dezinfeksiyası aparılmır

-Qab-qacağın dezinfeksiyası normalarına əməl olunmur




Sonuncu dəfə planlı yoxlama bu şəbəkədə 2012-ci ildə aparılmışdı. 




 







Məşhur restoran şəbəkəsi Hepatit A virusu yaydığına görə bağlanıb –  İşçilər peyvəndlənməyib