Məşhur sehrbaz koronavirusdan öldü

  • 2020.05.09 15:48
  • 1140 Baxış
Məşhur sehrbaz koronavirusdan öldü

Məşhur “Ziqfrid və Roy” duetinin üzvü, sehrbaz Roy Xorn 75 yaşında dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, onun ölümünə səbəb koronavirusa yoluxma səbəbiylə baş vermiş fəsad olub.

Duetin ikinci iştirakçısı Ziqfrid Fişbaxerin sözlərinə görə, Xorn onda virus aşkarlandıqdan bir həftə sonra vəfat edib.

Qeyd edək ki, “Ziqfrid və Roy” dueti ağ şirlər və ağ pələnglərlə şou sayəsində populyarlaşıb. Duet ən böyük şöhrətini 1990-cı illərin sonları - 2000-ci illərin əvvəllərində ABŞ-da qazanıb.