Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məşhur virusoloq koronavirusdan öldü

  • 2020.04.02 18:57
  • 3296 Baxış
Məşhur virusoloq koronavirusdan öldü


HİV virusuna qarşı araşdırmaları ilə tanınan dünyaşöhrətli Cənubi afrikalı professor Gita Ramcii Covid-19-dan dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, İngiltərədən Cənubi Afrikaya qayıdan alim pnevmoniya əlamətləri ilə KvaZulu-Nata bölgəsindəki xəstəxanaya yerləşdirilib. Ramcii müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Cənubi Afrikada indiyədək koronavirusdan 5 nəfər dünyasını dəyişib. 1353 nəfər isə yoluxub.