Meteohəssas insanlar ehtiyatlı olun - SABAH HAVA ƏLVERİŞSİZDİR

  • 2019.08.21 14:24
  • 6362 Baxış
Meteohəssas insanlar ehtiyatlı olun  - SABAH HAVA ƏLVERİŞSİZDİR
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən medicina.az-a verilən məlumata görə, avqustun 22-də Bakıda və Abşeron yarımadasında  hava günəşli olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 

 
Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 22-23-də Bakıda və Abşeron yarımadasında zəif küləyin üstünlüyü, arabir yaranan durğun hava şəraiti fonunda gündüz isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.