Metroda maska taxmayanlar cərimələnəcək

  • 2020.05.08 17:17
  • 2643 Baxış
Metroda maska taxmayanlar cərimələnəcək

“Karantindən öncə iş günlərində bir gün ərzində 800 min, şənbə günləri 600 min, bazar günü 450 min sərnişin daşınıb”.

Medicina.az xəbər verir ki, bunu “Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov deyib.

“Metropoliten stansiyalarında maska taxmayan şəxslərlə bağlı cərimə mexanizmini metroda fəaliyyət göstərən polis şöbəsinin əməkdaşları təmin edəcək”.

Z. Hüseynov əlavə edib ki, metroda mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq: “Təmas olan yerlər, vestibüllər, tutacaqlar gündə 3 dəfə dezinfeksiya olunacaq”.