Bakı metrosunda stansiya yoluna düşən sərnişin ölüb.
Medicina.az xəbər verir ki, ilkin məlumata əsasən, 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb. Qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. Bun baxmayaraq sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində Yaşıl və Qırmızı xətlər üzrə hərəkət qrafikində yaranmış qısamüddətli yubanmalar aradan qaldırılıb, hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir.