Bakıda ilk dəfə meyitdən, beyin ölümü keçirmiş şəxsdən canlı ürək köçürülmüş xəstə Rəşad Məmmədəliyev vəziyyəti barədə açıqlama verib.
Medicina.az xəbər verir ki, əməliyyatdan sonra özünü yaxşı hiss edən pasiyent əvvəlki vəziyyəti ilə indikini müqayisə edib.
“Əvvəllər zəif idim, yorğun idim, gəzəndə təngnəfəs olurdum, təbii ki, narahat idim. İndi rahat gəzirəm, hərəkət edirəm. Normal qidalanıram, fiziki aktivəm. Həkimimə inanıb, bu ürəyin köçürülməsini qəbul etdim.
Mənə yeni ürək bəxş etdikləri üçün donorun ailəsinə təşəkkür edirəm. Bu, çox qürurverici hissdir”.
Aygün Musayeva