Meymunçiçəyi Hindistana da keçdi

  • 2022.07.16 16:39
  • 1863 Baxış
Meymunçiçəyi Hindistana da keçdi

Hindistanın səhiyyə sisteminin rəsmiləri meymunçiçəyinə ilk yoluxma hadisəsini təsdiqləyiblər.


Medicina.az xəbər verir ki, meymunçiçəyinə yoluxmuş Kerala ştatının 35 yaşlı sakini həftənin əvvəlində Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ölkəyə gəlib.

Səhiyyə Nazirliyinin yaydığı açıqlamada deyilir ki, hökumət vəziyyəti yaxından izləyir, qabaqlayıcı addımlar atır və epidemiya ehtimalına qarşı dövlətlərlə koordinasiyada çalışır.