Meymunçiçəyinə yoluxmuş şəxsdən xəbər var

  • 2026.02.03 16:54
  • 82 Baxış
Meymunçiçəyinə yoluxmuş şəxsdən xəbər var

Moskva vilayətinin Baş nazirinin müavini və səhiyyə naziri Maksim Zabelin virusa yoluxmuş kişinin vəziyyətinin orta ağır olduğunu qeyd edib.


Medicina.az xəbər verir ki, onunla təmasda olan digər bir şəxsin vəziyyəti qənaətbəxşdir və yoluxucu xəstəliklər şöbəsində tibb mütəxəssisləri tərəfindən izlənilir.

"Xəstə hazırda Domodedovo xəstəxanasının yoluxucu xəstəliklər şöbəsindədir. Onun vəziyyəti orta ağır qiymətləndirilir və bütün lazımi tibbi yardımı alır. Onunla təmasda olan digər bir şəxsin vəziyyəti qənaətbəxşdir və yoluxucu xəstəliklər şöbəsində tibb mütəxəssisləri tərəfindən izlənilir. Hazırda xəstəliyin heç bir klinik təzahürü qeydə alınmayıb”.

Baş nazirin müavini əlavə edib ki, Moskva vilayətinin Səhiyyə Nazirliyi, Moskva vilayətinin Rospotrebnadzor (İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət) ilə birlikdə bütün zəruri epidemioloji tədbirləri görür. Vəziyyət regional Səhiyyə Nazirliyi və Rospotrebnadzorun Moskva vilayəti üzrə İdarəsi tərəfindən izlənilir.
Meymunçiçəyi qızdırma, intoksikasiya, şişkin limfa düyünləri və ləkəli səpgi ilə xarakterizə olunan nadir virus xəstəliyidir.


Aygün Musayeva