Meyvədə olan fruktoza şəkərdən 2 dəfə çox təhlükəlidir - Həkim dietoloq

  • 2022.03.01 15:29
  • 2711 Baxış
Meyvədə olan fruktoza şəkərdən 2 dəfə çox təhlükəlidir  - Həkim dietoloq

Qənd və şəkər tozundan normadan artıq istifadə edilməsi sağlamlığa zərər vura bilər. Təsadüfi deyil ki, bir çox xəstəliklərin müalicəsi zamanı şəkər qida rasionundan çıxarılır. Şəkərin qlükoza, saxaroza və fruktoza kimi növləri var. Təəssüf ki, bəzən fruktozanı insanlar üçün ən yaxşı şəkər əvəzedicisi olduğuna inananlar olur. Fruktoza qaraciyər hüceyrələri tərəfindən parçalanır.


Həkim-diyetoloq Şəfa Yadigarovanın dediyinə görə, fruktoza bədəndən daha gec sorulur:

“İlk növbədə, fruktoza diyetik məhsul deyil. Bir çox diyetik şöbə və marketlərdə fruktoza tərkibli qidalarla rastlaşmaq olar. Lakin fruktoza ilə qidalanmaq qətiyyən düzgün deyil. Hətta şəkərli diabetdən əziyyət çəkənlər fruktozadan aşırı dərəcədə istifadə edir və bunun faydalı olduğunu düşünürlər. Bu, çox yanlış fikirdir. Son vaxtlar endokrinoloqlar sübut ediblər ki, fruktoza özü adi şəkərdən dörd-beş dəfə şirindir”.


Gün ərzində 40 qramdan çox fruktoza qəbul edəndə mədə-bağırsaq problemləri yarana bilər: “Təəssüf ki, orqanizmin fruktoza həssaslığını çox nadir hallarda yoxlatdıranlar olur. Lakin son illər artıq sübut olunub ki, fruktoza ilə əlaqədar da piylənmə var. O, aşırı şəkildə bədənə daxil olduqda qaraciyərdə toparlanmağa başlayır. Ona görə də bəzi insanlar artıq çəkiyə malik olmasalar da, ciddi sağlamlıq problemləri ilə üzləşməsələr də, onlarda qaraciyər piylənməsi baş verir. Gündəlik rasion 2 min kaloridirsə, onun 400 kalorisini fruktoza təşkil edir”.


Həm artıq çəkinin, həm də qanda şəkərin miqdarının tənzimlənməsi üçün şəkərə olan ehtiyacı mövsümi meyvələrlə təmin etmək daha məqsədəuyğundur. /aztibb.az/