Meyvələr arıqlamağınıza necə mane olur – Nələri bilmək lazımdır?

  • 2020.04.03 12:49
  • 1645 Baxış
Meyvələr arıqlamağınıza necə mane olur –  Nələri bilmək lazımdır?

Meyvə və giləmeyvələr haqqında fikirlər birmənalıdır : sağlamlıqdır və çox xeyirlidir.

Ancaq hələ də bu məhsulların sırf möcüzəvi tərəflərinə inanırsınızsa, hazırladığımız qısa məlumatları oxumağızı tövsiyə edirik.


Qaraciyərə yüklənmə
İstənilən pəhrizin əsas qaydalarından biri şəkərin miqdarını azaltmaqdır. Meyvələr isə bu işə mane ola bilər. Onların tərkibində çoxlu miqdarda sadə fruktoza vardır ki, bu da yalnız çəki atmağın qarşısını alır. Digər bir amil: fruktozanın həzmində təkcə qaraciyər iştirak edir və onsuz da orqanizmdə əksər funksiyanı qaraciyər öz öhdəsinə götürür. Buna görə həddindən artıq yüklənən qaraciyər sonda yediyiniz meyvələri piyə çevirə bilər (eləcə də digər fruktoza tərkibli şəkərəvəzedicilərin istifadəsi).

Həddindən artıq karbohidratla zəngindir
Sağlam bir insana gündə 100 qramdan çox karbohidrat qəbul etməmək tövsiyə olunur. Bu vaxt onlardan 27 q təkcə bir banan, 30 q isə bir almanın tərkibindədir. Bu artıq gündəlik normanın üçdə bir hissəsidir və gün ərzində 1 alma, 1 banan yemək, 84% edir. Bundan sonra bu meyvələrdən başqa nə qədər karbohidrat qəbul etməyi hesablamaq lazımdır ki, orqanizmdə balans yaransın.


Əgər meyvələrə dietik və zərərsiz bir şey kimi baxırsınızsa, 400 əlavə kalori istifadəsini nəzərə almalısınız. Yəni günlük kalori norması zamanı meyvələr üçün əlavə 400 kalori də nəzərdə tutmalısınız və kalori həddini keçməmək şərtilə qidalanmalısınız. Meyvədən əsla imtina etməyi düşünmürsünüzsə, sizə pəhriz zamanı giləmeyvə və digər kiçik lifli meyvələrə keçməyi məsləhət görürük.
Moruq (malina)
Göy-göyərti
Çiyələk
Kivi
Gavalı
Şaftalı (və şaftalı növləri)
Kiçik alma