Həddən artıq fruktoza qaraciyər üçün təhlükəlidir. İçkilər və ya fruktoza tərkibli qidalar qaraciyəri zədələnmədən qorumaq üçün mədə-bağırsaq sistemini və ya bağırsaqları aktivləşdirir. Şəkər bu orqana çatmadan əvvəl parçalanır.
“Medicina” xəbər verir ki, bu tapıntılar Pensilvaniya Universitetinin Perelman Tibb Məktəbinin alimləri tərəfindən yeni elmi araşdırmada əldə olunub.
Amma əgər qısa müddət ərzində həddindən artıq fruktoza qəbul olunarsa, "sızmalara" səbəb ola bilər. Nəticədə fruktoza qaraciyərə keçib, piylənməyə səbəb olur.
Tədqiqatlar göstərir ki, həddindən artıq fruktoza qəbulu qaraciyər üçün zəhərli ola bilər. Orqanizmə çox miqdarda fruktoza daxil olduqda, artıq hissəsi yağ əmələ gətirmək üçün istifadə olunur. Nəticədə, həddindən artıq fruktoza qəbul edən insanlarda alkoqolsuz yağlı qaraciyər xəstəliyi inkişaf edə bilər.
Alimlər həmçinin aşkar ediblər ki, içkilərdə fruktoza qəbul etmək tam bir yemək qəbul etməkdən daha təhlükəlidir. Fruktoza tərkibli tək böyük yemək yemək, 45 dəqiqə ərzində kiçik porsiyalarla yeməklə müqayisədə əlavə risk yaradır.
Aygün Musayeva