Bəzi hallarda mikrodalğalı sobalar xərçəngə səbəb ola bilər.
Medicina.az xəbər verir ki, onkoloq Karasev mikrodalğalı sobanın istifadəsi ilə bədxassəli şişlərin inkişafı arasındakı mümkün əlaqə barədə şərh verib.
Xərçəngin inkişafından danışan həkim qeyd edib ki, bu, orqanizmdə genetik mutasiyalara məruz qalan hüceyrələrlə sıx bağlıdır.
Bu hüceyrələr insan bədənində hər gün görünür, lakin işləyən immun sistemi sayəsində inkişaf edə bilmirlər. Zədələnmiş hüceyrələr buna baxmayaraq şiş əmələ gətirərsə, bu o deməkdir ki, bədənin müdafiə sistemi nədənsə onları məhv edə bilməyib.
İmmun sistemini söndürən, şişlərin inkişafına imkan verən amillər arasında həkim genetik meyl, virus infeksiyaları, siqaret çəkmə və radiasiyanı qeyd edib.
Mikrodalğalı sobaların təsirləri ilə bağlı onkoloq bildirib:
"Nadir hallarda bu məişət cihazları xərçəngə səbəb ola bilər."
İvan Karasevə görə, mikrodalğalı sobanın nasaz işləməsi halında xərçəngə tutulma riski artır. Bundan əlavə, cihazın bədənə təsiri insanın ona nə qədər yaxın olmasından asılı ola bilər. Xüsusilə, mikrodalğalı sobanın yanında, yəni 50 santimetrdən az məsafədə daim dayanmaq tövsiyə edilmir:
"Bu qaydaya əməl edilməməsinin kiçik köşklərdə fast food satıcılarına necə təsir etdiyinə dair elmi işlər var. Bu hallarda satıcılar mikrodalğalı sobadan daim 5-10 sm məsafədə, çanaq səviyyəsində yyerləşirdilər. Sonradan bu şəxslər arasında reproduktiv sistemin bədxassəli şişlərinin artması müşahidə edildi".
Digər mütəxəssislərin tövsiyələri göstərir ki, çatlamış qablar mikrodalğalı sobalara qoyulmamalı, plastik qablara qoyulmuş yeməklər isə yenidən qızdırılmamalıdır. Bundan əlavə, mikrodalğalı sobanın radiasiya intensivliyi (sənədlərdə göstərilib) nəzərə alınmalıdır.
"Sobanın səthindən 5 santimetrə qədər məsafədə 50 Vt/m²-dən çox olmayan radiasiya sızması olan mikrodalğalı sobalar təhlükəsiz hesab olunur."
Aygün Musayeva