Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Milçəklərdən qurtulmağın yolları - Sadə üsullar

  • 2025.05.20 09:02
  • 540 Baxış
Milçəklərdən qurtulmağın yolları -  Sadə üsullar

Milçəklərdən qorunmaq üçün həm təmizlik vərdişlərinizə diqqət etməli, həm də təbii məhlullarla tədbir görməlisiniz.

Medicina.az xəbər verir ki, yayın gəlişi ilə milçəklər yenidən həyatımıza daxil olub.

Həm evdə, həm də açıq havada narahatlıq yaradan milçəklərdən xilas olmağın praktiki və təbii yolları var.

Xüsusilə yay aylarında evlərdə, eyvanlarda və bağçalarda tez-tez rastlaşdığımız milçəklər həm bezdirici, həm də sağlamlıq üçün risk ola bilər.

Bəs milçəklərin qarşısını almaq üçün nə etmək lazımdır?

Təbii və təsirli yollarla milçəklərdən qurtulmağın üsulları...



1. Pəncərələrə və qapılara örtük quraşdırın

Milçəklərin evinizə girməsinin qarşısını almağın ən təsirli yolu milçək torlarından istifadə etməkdir. Xüsusilə mətbəx və qonaq otağı kimi tez-tez istifadə edilən yerlərdə milçək problemini böyük ölçüdə azaldır.

2. Sirkə

Bir qaba alma sirkəsi və bir neçə damcı qab sabunu əlavə edərək milçək tələsi edə bilərsiniz.

3. Ev bitkiləri ilə diqqətli olun

Həddindən artıq sulanmış saxsı bitkiləri milçəklər üçün uyğun bir çoxalma sahəsinə çevrilə bilər. Torpağın çox nəm qalmadığından və bitkilərin ətrafında yığılan suyun çıxarılmasından əmin olun.

4. Təbii qoxularla milçəkləri uzaq tutun

Milçəklər müəyyən qoxuları sevmirlər. Limon, mixək, lavanda, nanə yağı və reyhan kimi qoxular milçək qovucu təsirə malikdir. Bunları pəncərəyə qoymaq və ya onların yağlarını su ilə qarışdıraraq sprey kimi istifadə etmək effektiv nəticə verir.

5. Zibil qutusunu müntəzəm olaraq boşaldın

Milçəkləri ən çox qida tullantıları və zibil qoxuları cəlb edir. Ona görə də zibilin tez-tez boşaldılması, zibil qutusunun örtülməsi və içinin təmizlənməsi milçəklərin əmələ gəlməsinin qarşısını alır.

Aygün
Medicina.az