Rusiyalı milyonçu öd daşını 200 min rubla satmaq istəyir.
“Medicina” xəbər verir ki, "Rusiyadan olan milyonçu" ləqəbi ilə tanınan Tümenli bloger və Dövlət Dumasına keçmiş namizədi Eduard Filippov öd kisəsindəki daşları satmaq istəyir.
Məlum olub ki, onun öd kisəsindəki daşları çıxarmaq üçün pula ehtiyacı var. Onların mövcudluğunu təsdiq edən tibbi sənədləri agentliyə təqdim edib.
"İcbari tibbi sığorta sisteminə görə bu cür əməliyyatlar pulsuz deyil, ona görə də bəlkə kimsə mənə kömək etmək istəyəcək.
Bizim həkimlər bu daşları öd kisəsi ilə birlikdə yalnız pulsuz götürürlər. Mənim daşlarım da gözəldir", - deyə Filippov qeyd edib ki, daşları 200 min rubla satmaq istəyir.
Aygün Musayeva