Minaya düşən şəxsin ayağı amputasiya olundu

  • 2025.11.16 19:00
  • 179 Baxış
Minaya düşən şəxsin ayağı amputasiya olundu

Noyabrın 16-da saat 13:20 radələrində Ağdərə rayon Sırxavənd kəndi ərazisində minaya düşərək xəsarət alan 1990-cı il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Bərdə Rayon Mərkəzi Xəstəxanasında Medicina.az -a bildirilib ki, pasiyentin üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya əməliyyatı icra olunub. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.


Minaya düşən şəxsin ayağı amputasiya olundu