Mobil telefon şüası beyində şiş yaradır?

  • 2022.03.31 15:13
  • 2493 Baxış
Mobil telefon şüası beyində şiş yaradır?

Mobil telefonlar beyin şişlərinə səbəb olur?


Mobil telefondan istifadə beyin şişi riskini artırmır.

Məqalədə bildirlib ki, Oksford Universitetinin alimləri və onların digər institutlardakı həmkarları genişmiqyaslı araşdırma aparıblar. 2001-ci ildə 776 000 nəfər mobil telefondan istifadə ilə bağlı anket doldurub. 10 il sonra, 2011-ci ildə onların yarısı yenidən araşdırmada iştirak edib. Bu məlumatlara alimlər onların xəstəlikləri ilə bağlı Səhiyyə Nazirliyindən əldə etdikləri məlumatları da əlavə ediblər.

Məlum olub ki, tədqiqat dövründə 3268 qadında və ya respondentlərin yalnız 0,42%-də beyin şişləri aşkar edilib. Eyni zamanda, şişlərin telefondan istifadə edən və etməyənlərdə də baş vermə ehtimalı eynilik təşkil edib. Bundan əlavə, insanların çoxu telefonu sağ əlində saxlasa da, sol və sağ tərəfli beyin şişinin inkişafı riski bərabər olub.

Bütün bunlardan alimlər belə nəticəyə gəliblər ki, normal istifadədə cib telefonları beyin şişinin əmələ gəlməsi riskini yaratmır.