Möhkəm əsnəyən qadın boynunu sındırdı

  • 2025.09.27 15:55
  • 151 Baxış
Möhkəm əsnəyən qadın boynunu    sındırdı



İngilis əsilli qadın yöndəmsiz əsnəkdən sonra boynunu sındırıb.


“Medicina” xəbər verir ki, Heyli Blek yeni doğulan qızına qulluq edərkən instinktiv olaraq əsnədiyini deyib. Bu zaman o, boynunda “elektrik cərəyanı” və dözülməz ağrı hiss edib.


"Mən dərhal anladım ki, dəhşətli bir şey baş verib".


Ərinin hər şeyin yaxşı olacağına dair verdiyi sözlərə baxmayaraq, Heyli təcili yardım çağırmaqda israr edib. Xəstəxanada ilkin müayinələr zamanı heç bir problem aşkar edilməyib və tibb işçiləri onun şikayətlərinə şübhə ilə yanaşıblar. Lakin sonrakı müayinələr zamanı məlum olub ki, onun boyun fəqərələrini sınıb və nəticədə bədəninin sağ tərəfi iflic olub.

Həkimlər Blekə çox güman ki, bir daha yeriyə bilməyəcəyini söylədilər, lakin təcili əməliyyatdan sonra onun bədən funksiyası bərpa olundu, lakin zədənin təsiri ömür boyu qaldı.

"Həm fiziki, həm də emosional olaraq sağalma uzun sürdü. Mən yeriməyi yenidən öyrənməli oldum", - deyə qadın bildirib.


Aygün Musayeva