Moskvada bir gündə 17 uşaq koronavirusa yoluxdu

  • 2020.03.30 17:03
  • 2093 Baxış
Moskvada bir gündə 17 uşaq koronavirusa yoluxdu

Moskvada sutka ərzində 17 uşaq koronavirusa yoluxub. Bu barədə operativ ştab məlumat verib.

“Bütün xəstələr və onlarla ünsiyyətdə olan şəxslər nəzarətə alınıb”-dey'ə rəsmi məlumatda bildirilir.

Medicina.az xəbər verir ki, ötən sutka Moskvada 212 yeni koronaviruslu xəstə aşkarlanıb.

Xəstələrin yaş həddi 18-40 yaş arasındadır. Onlardan 17-si uşaqdır. Bu rəqəm son günlərin rekord rəqəmidir.