Moskva xəstənaları və poliklinikalarında çalışan bütün həkimlərə istənilən qrip, soyuqdəymə, zökəm əlaməti ilə gələn pasiyentlərə koronavirus şübhəsi ilə yanaşmaq və test aparmaq tapşırığı verildi.
Medicina.az xəbər verir ki, bunu merin müavini Anastasiya Rakova bildirib.
O bunun səbəbini hazırda qrip ilə koronavirusu ayırd etməyin çətinləşməsi və virusa yoluxmuş xəstənin gözdən qaça biləcəyi ilə izah edib.
Ona görə ən yüngül formalı qrip belə koronavirus ehtimalı verə bilər və bunları fərqləndirmək üçün vaxt yoxdur.