Moskvada peyvənd olunanların plazması ilə müalicəyə başlanılır

  • 2021.01.30 16:39
  • 1745 Baxış
Moskvada  peyvənd olunanların plazması ilə müalicəyə başlanılır

Rusiyada koronavirus xəstələrinin müalicəsində artıq peyvənd olunub, yüksək antitel almış xəstələrin qan plazmasından istifadə edilməsinə başlanılacaq.

İlk öncə bu metodun klinik sınaqlarına başlanılacaq.

Medicina.az xəbər verir ki, bu barədə Moskva meri rəsmən məlumat verib.

O, bildirib ki, şəhər xəstəxanalarında donorlardan plazma ilə müalicə effekt verir.
İndi də vaksin olunmuş donorların plazmasını sınamaq vaxtı gəlib çatdı.


Artıq donorlardan alınmış plazma üzərində tədqiqat işi başlayıb.

Sputnik V vaksinindən yüksək titr antitel yaranır, ona görə bu insanların qan plazması müalicə ola bilər.