Mövsümün ən güclü maqnit qasırğası başlayır

  • 2025.09.15 15:58
  • 59 Baxış
Mövsümün ən güclü maqnit qasırğası     başlayır


Yer kürəsində mövsümün ən güclü maqnit qasırğası başlayıb.

"Medicina" xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası təcili məlumat yayıb.

Bu gün səhər saatlarından başlayan maqnit dalğalanmaları əvvəlcə G3 (güclü fırtına) səviyyəsinə çatıb, daha sonra isə G2-yə qədər enib. Hadisə Yer kürəsinin Günəşin tac dəliyinin təsir zonasına düşməsi nəticəsində Günəş küləyinin sürətinin əhəmiyyətli dərəcədə artması fonunda baş verib.


Dalğalanmalar Günəş küləyinin təsirinin başlamasından sonra ən azı 5 gün davam edəcək. Vəziyyətin tam normallaşması yalnız sentyabrın 18-19-da gözlənilir.

MEDİCİNA.AZ