Onkoloqlar Aleksandr Seryakov və Anton İvanov ən aqressiv beyin xərçənginin - qlioblastomanın diaqnostika və müalicə aspektlərini müzakirə etdilər.
Medicina.az xəbər verir ki, onkoloq Aleksandr Seryakovun sözlərinə görə, qlioblastomanın müalicəsi onkologiyada həll olunmaz problem olaraq qalır. Xüsusilə, onu erkən mərhələlərində və ya başlamazdan əvvəl diaqnoz qoymaq çətindir. MRT vasitəsilə beyin şişinin inkişafını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.
"Beyin şişlərinin erkən diaqnozu üçün skrininq testləri yoxdur. Bu şişlər nadirdir və hər kəsin, məsələn, başın illik MRT müayinəsindən keçməsi məntiqli deyil." MIR 24 mütəxəssisin sözlərinə istinadən bildirir ki, "Diaqnoz adətən xəstə artıq həkimə simptomlarla müraciət etdikdə qoyulur."
Qlioblastoma hansı simptomlara səbəb olur?
Baş ağrıları;
Başgicəllənmə;
Huşun itirilməsi;
Zaman və məkanda dezorientasiya.
Beynin sonrakı MRT və KT müayinələrində şişkinliklə müşayiət olunan şiş aşkar edilərsə, çox güman ki, bədxassəlidir. Diaqnoz biopsiya ilə daha da təsdiqlənir.
Onkoloq İvanov əlavə edib ki, beyin şişlərinin, xüsusən də sürətlə yayılan və qeyri-müəyyən sərhədləri olan bədxassəli şişlərin tamamilə çıxarılması həmişə çox çətindir.
"Xəstələrin təxminən üçdə biri bir illik müalicədən sonra tam remissiyada olur. Lakin təəssüf ki, xəstəlik sonradan residiv verir, çünki əməliyyat aparan neyrocərrah şişin çıxarılması zamanı təcrid olunmuş hüceyrələri aşkar edə bilmir. Əgər onlar qalarsa, yeni bir şişin böyüməsinə və inkişafına səbəb olur".
Aygün Musayeva