Subay qızlarda da rast gəlinən yumurtalıqların kistləri – Müalicə, yoxsa əməliyyat?

  • 2018.10.01 17:15
  • 20689 Baxış
Subay qızlarda da rast gəlinən yumurtalıqların kistləri –  Müalicə, yoxsa əməliyyat?
Qadın ginekoloji xəstəliklərinin ən geniş yayılmış yumurtalıq kistləri xoşxassəli yeni törəmədir, yalnız yumurtalıqların toxumalarında yaranır. Kist sözü torpa, kisəcik deməkdir. Kist- içində maye olan şəffaf kisəcikdir. 


Kistlərin bir neçə növü var, xəstənin vəziyyəti və müalicənin gedişatı məhz bu növlərdən asılıdır.

Medicina.az yumurtalıq kistləri barədə ətraflı araşdırmanı təqdim edir:


1.Funksional kist – hormonal sistemdə pozuntular zamanı yaranır. Bu kist növünə follikulyar və sarı cisim kisti daxildir. Hər ay yumurtalıqda bir və ya bir neçə follikul yetişir. Follikulyar kisy follikul yetişib, ovulyasiya baş vermədikdə yaranır. Birkameralı follikul bpyüyür və içi maye ilə dolur. Bu kistlər kiçik olduqda özünü biruzə vermir və USM müayinədə görünür. Amma sonradan menstrual tsikl pozğunluğu və ağrılar verə bilər. Kistin ölçüsü 7-8 sm-i keçdikdə, yumurtalığın nekrozu baş verir və ya kist partlayır, içindəki maye boşluğa axır. BU da kəskin qarın sindromu verir. Ciddi ağırlaşma kimi yumurtalığın partlaması və qanaxma ola bilər. Çox vaxt isə bu ksitlər heç cür özünü göstərmir və özü sovrulub itir. 


2.Dermoid kist – özündə döllənmə elementləri daşıyır. Döl inkişaf etmir, amma kistdə o elementlər yığılır. Belə kistlərin içindən diş, sümük fraqmentləri, toxuma, piy, saç kimi maddələr tapılır. Belə kist zəif, amma daima böyüyür. Böyük ölçüyə çatanda qonşu orqanları sıxır, bel və qarında ağrılar yaradır. Ağırlaşması irinləmə, nekroz, kistin burulması və bədxassəliyə çevrilməsi kimi ola bilər.


3.Endometriod kist – endometriya hüceyrələrinin təkcə uşaqlıqda yox, ondan kənara çıxıb, yumurtalığa düşməsi ilə yaranır. Belə kist hər ay menstrual tsikl boyunca böyüyür, heç vaxt sovrulmur və gələcəkdə onkoloji kistə çevrilmə ehtimalı var. 


4.Sistadenoma – seroz və musinoz növü var. Bir və bir neçə kameralı olur. Potensial olaraq onkolojiyə cevrilir və yalnız cərrahi yolla, aşkar olunduqdan çox keçmədən götürülməlidir.


İstənilən kista kisəyə bənzər nazik qatlı bir törəmədir, içində mütləq maye kütləsi olur. Daha çox hormonal disbalans zamanı belə kistlər yaranır. İkinci səbəb kiçik çanaq orqanlarında iltihabi proseslərdir. 


Müalicə yoxsa əməliyyat?


10 növdən 5-6-sı funksional kistlərdir və sovrulub keçə bilir. Amma əgər növbəti menstruasiyaya kimi həmin kistdən yaxanızı qurtara bilməsəz, o qalıb böyüyəcək və artıq problemə çevriləcək. 


Kistlərin bəzi formaları qadın sonsuzluğunun səbəbidir. 


Təbii ki, bundan da qorxulusu kistin dəyişib bədxasəlliyə çevrilməsidir. 


Kisti yalnız həkim ginekoloq və USM təyin edə bilər. Daha sonra müəyyən analizlər verilir. Hormonal pozğunluqdan yaranmış kistləri endokrinoloq müalicə edir. Hormonal preparatlarla hormonal fon tənzimlənir.


Əgər iltihabi proses varsa, antibiotik, iltihabəleyhinə dərmanlar, fizioterapiya təyin edilə bilər. Amma hər fizioterapiya da kistə uyğun deyil. 

Əgər kistin ölçüsü 8-9-10 sm-i keçibsə, o böyüməkdə davam edirsə, xarakterinə görə təhlükəlidirsə, o zaman ginekoloq cərrah tərəfindən laporoskopik metodla ( qapalı, bir neçə dəlikdən əməliyyat) ləğv olunmalıdır. 


Kistləri vaxtında aşkar etmək üçün əlamətlərini gözləmək olmaz. Vaxtaşırı USM və ginekoloq müayinəsindən keçmək lazımdır. 


Bioloji Təbabət klinikasında yumurtalıq kistlərinin müayinəsi və bir çox növlərinin antibiotiksiz, bioloji təbabət preparatları ilə effektiv müalicəsi aparılır, problemin kökü araşdırılır. Sonsuzluğa səbəb olan yumurtalıq kistləri müalicə olunur.

 



Həkim ginekoloq Ülkər Salahova



3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında;


Ətraflı məlumat üçün: (+994 12) 430 89 89; (+994 50) / (+994 55) / (+994 70) 430 89 89;

Subay qızlarda da rast gəlinən yumurtalıqların kistləri –  Müalicə, yoxsa əməliyyat?
Subay qızlarda da rast gəlinən yumurtalıqların kistləri –  Müalicə, yoxsa əməliyyat?